Kitabdan götürdüyüm qeydlər.
Əvvəlcə vərdişin əhəmiyətini başa düşək. İstənilən hədəf və ya arzuya çatmaq üçün müəyyən addımlar atmaq, həyatımızda nəyisə dəyişmək lazımdır. Amma burda bir məqam var ki, bir hədəfə çatdıqdan sonra başqa bir hədəfimiz olsa yenidən eyni əziyyətləri çəkməli olacağıq. James Clear isə deyir ki, bəzi şeyləri vərdiş halına gətirsək, birdən çox hədəfə, istədiyimiz şeylərə çatmaq daha rahat ola bilər. Digər tərəfdən vərdişlər bir fərd olaraq bizim xarakter və kimliyimizi formalaşdırır. Yəni özümüzlə bağlı nəyisə dəyişmək istəyiriksə vərdişlərimizi dəyişməliyik.
Hər gün 1% dəyişiklik il sonunda 37 dəfə dəyişiklik mənasına gəlir.
Çox zaman hədəf qoyduğumuz halda birbaşa nəticəyə fokuslanırıq və o nəticəyə çatmaq üçün gedəcəyimiz yol ikinci plana düşür. Atomik vərdişlərdə isə birinci srada hədəfin özündən çox ora gedəcəyimiz yolun vacibliyindən danışlır.
Hədəflər kəskindir, ya nəticə var ya da yoxdur, ya hədəfə çatırsan ya da yox. Halbuki bu hədəfə çatmasan da yolda çoxlu şeylər öyrənmiş və dəyişmiş ola bilir. Hədəfə doğru getmək üçün hazırladığın sistem isə bu dəfə işləməsə də gələn dəfə eyni sistemlə davam edib uğur qazana bilərsən və ya hədəfə çatmamış ola bilərsən, amma həyatında çox şey dəyişmiş ola bilər. Ona görə də hədəflər bəzən bizi motivasiyadan sala bilir.
Kiçik dəyişikliklər gec nəticə verir, amma hər zaman nəticə olur.
Məqsədimizə uyğun vərdiş(sistem, yol,daimi təkrarlanan hərəkət) bizi həm nəticəyə çatdırır, həm kimliyimizi formalaşdırır, həm də nəticəən sonra da bizimlə qalır.
Vərdişləri təyin etmək üçün kim olacağına, necə davranışların sahibi olacağına qərar verməlisən, beləliklə vərdişlər səni sən edən önəmli və balaca şeylərdir.
İşarə → istək → reaksiya → mükafat-vərdiş qazanmaq üçün lazım olan addımlar. İşarə vərdişi xatırladır, istək yaranır və hərəkət edib yerinə yetirirsən, sonda isə mükafat alırsan.
Görünən → cəzbedici →Asan → mükafat
Çox vaxt problem həvəsin olmamağı deyil, qeyridəqiqilikdir. Nə istədiyini dəqiq bilmədiyin üçün həvəs olmadığını düşünürsən. Kitab oxuyacam çox geniş bir istəkdir, amma hər gün yatmazdan əvvəl 5 səhifə kitab oxuyacam daha dəqiq bir hədəfdir. Hədəfləri dəqiqləşdirmək bizim onu yerinə yetimrəyimizi daha da asanlaşdıracaq.
Yuxarıdakı nümunənin düsturu
[davranış][zaman][məkan] — vərdişi netləşdirmək üçün qısa formul.Mövcud vərdişi yeni vərdiş üçün xatırladıcı etmək olar. Məsələn Hər gün axşam dişlərimi yuduqdan sonra kitab oxuyacam. Diş yumaq vərdişini yeni bir vərdişlə calaşdırırıq. Beləcə yeni vərdiş üçün başqa xatırladıcı tapmağa ehtiyac yoxdur.
Mühiti yenidən dizayn et, vərdişlər əl çatan olsun, xatırladıcılar ətrafda olsun və s.
Sosial media bizə daha çox çatışmazlıq, qibtə,qısqanclıq, özünü başqası ilə müqayisə hissi yaradır buna görə də şüurlu formada idarə etmək lazımdır.
Qaçmaq mübarizənin növüdür, pis vərdişlərdən mümkün olduğu qədər qaçmağa, xatırladıcıları uzaqlaşdırmağa çalışmalıyıq
Bir şeyi gözləmək,ona çatmağa çalışmaq çatmaqdan daha xoşdur çünki beynimiz ona çatmağa çalışarkən domapin ifraz edir.
Beynimiz ətrafdakılara uymağa çalışır. Ətrafımızda olan insanlar necədirlərsə biz də onlara oxşamağa başlayırıq, vərdişləriməz ətrafımız təsir edir. Ətrafını olmaq istədiyin vərdişlərə sahib insanlarla qurmağa çalış.
çətin vərdişdən əvvəl bir ritual yarat. Məsələn hər dəfə çətin vədrişdən əvvəl “Mən bunu bacararam deyib əllərini havaya qaldır” bu rituals’nin beynini bu vərdiş üçün hazırlayacaq.
Plan qurmaq hərəkətə keçməkdir amma çox plan qurmaq işləri təxirə salmağa gətirib çıxara bilər. İdeal planı hazırlamaq əvəzinə hər hansı bir planla başla, necə deyərlər karvan yolda düzələr.
Pis vərdişi çətinləşdir, Yaxşını asanlaşdır
2 dəqiqə qaydası, nə çox nə də ki, az. Bir vərdiş üçün hər gün 2 dəqiqə vaxt ayırmaq və davamlı etmək üsulu.
Mövcud vərdişlərin siyahısı hazırla, yeni vərdişləri mövcud vərdişlərlə əlaqələndirib yaratmağa çalış. Mövcud vərdiş yenisi üçün xatırladıcı rolu oynayacaq.
Kiçik seçimlər zamanla vərdişə çevrilir. ona görə də gün ərində etdiyin kiçik seçimlərə diqqət et. Əvvəl ziyansız görünən kiçik səhvlər zamanla pis vərdişə çevrilir.
Beynimiz tez olan nəticəyə fokuslanıb, ona görə də yeni vərdişləri etdikdən sonra kiçik də olsa mükafatlandırsaq, beynimiz bu vərdişi xoşlamağa başalayacaq.
Zənciri qırma üsulu ilə vərdişlərin davamlılığını ölç və bunu göz önündə saxla. Zəncir uzandıqca beynimiz bunu qorumağa çalışacaq.
Vərdiş Müqaviləsi. Əgər qazanmaq istədiyin vərdiş üçün gündəlik tapşırığı etməsən kiməsə cərimə ödəyirsən və ya nəsə edirsən. Başqaları ilə sözləşmək üsulu. Başqalrı ilə bölüşdüyün zaman motivasiya da artır.
Günlük (2 dəqiqə), həftəlik, aylıq və illik hesabatlar hazırla. İstədiyin hədəf(vərdiş) üçün nələr etmisən, nə qədər vaxt əsrf etmisən və s.
Köhnə vərdişlərin yararlılığını sorğula.