Kitab təhlili və götürdüyüm qeydlər (daha sonra səliqəyə salmaq ümidi ilə).
Siqareti dəfələrlə tərgidib daha sonra yenidən başlayan dostumu başa düşməkdə həmişə çətinlik çəkirdim. Bu qədər əhəmiyətsiz, asan və sadə bir vərdişi tərk etmək niyə bu qədər çətin olsun ki?
Daha sonra özüm sosial medianı tərk etməyə çalışanda eynisini yaşadım, və dəfələrlə işlətməmək qərarı alsam da sonda geri qayıdırdım. Əvvəl bunun sadəcə bir vərdiş olduğunu, öz vərdişimi dəyişə bilməkdə bacarıqsız olduğum üçün özümü də günahlandırdım.
Bu mövzunu araşdıranda, mənim kimi çox insanın bundan əziyyət çəkdiyini öyrəndim və rahatladım.
Bunun bu qədər çətin olmasının bir çox səbəbi var. Mən təkcə özümlə mübarizə aparmıram, həm də facebookda oturan və bütün işi mənim diqqətimi öz proqramlarına çəkməyə çalışan bir qrup insanla da mübarizə aparıram. Üstəlik bu insanlar mənim əksimə insan psixologiyası, davranışı üzrə mütəxəsisdirlər. Sosial media şirkətləri hər il milyonlarla dollar pul xərcləyib insan davranışını, psixasını təhlil edib, öz proqramlarında daha çox vaxt keçirməsinə çalışırlar. Əslində mənim özümlə olan mübarizəmdəki uğursuzluğum silikon vadidə oturan hansısa bir facebook işçisinin uğuru imiş.
Sosial media fikirlərlə, əyləncə ilə, insan ilə dolu bir dənizdi və mən bu dənizin dərinliyinə girməkdən özümü saxlaya bilmirəm. Hətta bu sularda o qədər vaxt keçirmişəm ki, özüm də getdikcə həll olub suya qarışıram. Ortada mən deyə bir şey qalmayıb, danışdıqlarım, düşündüklərim, hiss etdiklərim hamısı dənizlə birgə baş verir. Hamı ilə bir sevinib, birgə də kədərlənirəm. Əsəbləşməli olduqlarımı, dəstəkləməli olduqlarımı sosial media dənizi mənim üçün seçir və öz azad seçimim imiş kimi göstərir. İndi mən özümü dənizdən çıxarmağa çalşıram, həm suya alışmış bədənim həm də dənizdəkilər məni geri çəkir.
social-validation feedback loop
İstehlakçı (consumer) mədəniyyəti: səhərdən axşama sadəcə bizə hazır təqdim olunan şeyləri sorğulamadan qəbul edirik. Sanki bir uyuşdurucu təsiri altındayıq. Həyatını geri almağın vaxtı çatdı.
Müəllif əvvəl bizə digital qarışıqlıqdan bunun ziyanlarından bəhs edir. Daha sonra minimalizm deyərəkən nəyi nəzərdə tutduğunu izah edir. Ən sonda isə bəzi praktiki həllər ilə daha fərqində/şüurlu istifadə edə biləcəyimizi göstərir. Əvvəllər dünyanın ən böyük şirkətləri neft və sənayə şirkətləri idisə, artıq bunlar sosial media şirkətləridir. Necə oldu ki, bizim diqqətimiz (attention) neftdən daha dəyərli bir xammal oldu, bunu da tarixçəsi ilə izah edir kitabda.
İnsanlarla real münasibət qurmaq vaxt və enerji tələb edir, biz isə daha tez və rahat olan like, comment kimi şeylərlərlə özümüzü məmnun edirik. Təbii olan insan münasibətləri isə daha uzun ömürlü və faydalı olur.
Sosial media rəhbərliyi onlara qarşı olan bu mübarizədən xəbərdardılar və aktivistlərlə mübarizə aparırlar. Məsələn hansısa elm adamları ilə birgə sosial media işlətməyin faydaları haqqında bir neçə məqalə yayımlayırlar. Müəllif isə deyir ki, bu şirkətlər bizə sosial medianı niyə istifadə etməli olduğumuzu çox yaxşı izah edirlər, amma necə istifadə etməliyik heçnə demirlər. Vərdişləri anidən dəyişmək mümkün deyil, ona görə də yavaş-yavaş azaldaraq başlamağı məsləhət görür. Gündəlik vaxt limiti qoymaqla başlamaq olar.
Yalnızlıq (çatışmazlığı)
Bu hissədə iki nüansa toxunur. Birincisi, özünü yalnız hiss edirsənsə bunun səbəbi sosial media ola bilər. Gənclər arasında keçirilən sorğu nəticələrinə əsasən, telefonu ilə, sosial media ilə vaxt keçirən insanlar özlərini daha çox yalnız hiss edirlər. Halbuki sosial media bizi digər insanlarla birləşdirdiyini iddia edir.
Daha sonra müəllif maraqlı bir termin ortaya atır. Hər bir insanın yalnız qalmağa ehtiyacı var. Öz fikirləri ilə vaxt keçirməli, heç bir müdaxilə olmadan daxili dinclik tampalıdır. Əlimizdə olan telefonlar bizə imkan vermir ki, özümüzlə tək qalaq. Həmişə nəsə bildiriş, mesaj və ya bir məlumat axını var. Hətta heçnə olmayanda da qulaqlıqla nəsə dinləyirik. Daim beynimizə nəsə ötürürük və imkan vermirik ki, beynimiz biraz istirahət edib ona verdiyimiz məlumatları yerbəyer etsin. Necə hiss etdiyimizi, nə düşündüyümüzü də unutmuşuq artıq.
Müəllif təklif edir ki, gün ərzində özümüzə tək qalma periodları təyin edək və bu zaman, telefonu evdə qoyub tək gəzintiyə çıxaq. Üstəlik bu yerdə tək başına gəzən dahilərdən çoxlu nümunələr də gətirir, Lincoln, Nitsşe və digərlirin bu cür tək gəzintilər də nə qədər yaradıcı işlər ortaya qoyduğunu vurğulayır.
Qısaca: Özünə tək qalmaq şansı ver!
Sorğulama
Telefonunda olan hər bir proqramı yenidən sorğula. Bir kağıza niyə işlətməli olduğun səbəbləri yaz, daha sonra bu səbələri ayrı ayrılıqda düşün. Həqiqətən buna dəyərmi? Sərf etdiyin vaxt və diqqət qarşılığında aldığın şey nədir? Həmin vaxta başqa daha nələr etmək olardı?
Keyfiyyətli asudə vaxt
Boş vaxtlarında nə edəcəyini əvvəlcədən planla
Hər həftə hansısa bir fəaliyyət də (event) iştirak et
Fəsillər üzrə fərqli fəaliyyətlər planla
Özünə asudə vaxt dostu tap (amma virtual olmasın)
Telefon qarşısındakı vaxtını da əvvəlcədən planla
Harda, nə qədər və necə işlədəcəyini düşün
5:30 Qaydası
Hər gün bu saatda işdən evə gedən bir adamın, yolda keçirdiyi vaxtı sadəcə zəngli danışıqlara ayırmasını və bunu hamıya elan etməsin. Mənimlə əlaqə qurmaq istəyən hamı bu saatda mənə birbaşa zəng edə bilər.
Kitabdan bəzi praktiki təkliflər:
Like düyməsini klikləmə, bu səndə asılıq yaradır
Tamamilə silmək alınmırsa, daha yaxşı, daha az, daha limitli necə istifadə edə bilərəm sualını ver
İnsan münasibətləri artıq bis mesaj və bir neçə like-dan ibarət olub, sosial mediada çevrəmiz artdıqca insanlarla olan münasibətlərimiz səthiləşir. Artıq heçkimlə dərin münasibətlə qurub, söhbətlər edə bilmirk, çünki buna vaxtımız qalmır, vaxtımızı hər kəsə bölüşdürməyə çalışırıq.
Diqqət iqtisadiyyatını parçasına çevrilmə! (attention economy)
Telefondan silib, sadəcə komputerdə saxlamaq. facebook revenue 80% from phone
Sosial media paradoksu, həm səni insnlarla yaxınlaşdırır həm də uzaqlaşdırır.
30 günlük fasilə verib daha sonra suallar verib hansını istifadə edəcəyinə qərar ver.
Digital minimalizm texnologiya ilə ünsiyəti kəsmək deyil. Daha şüurliu və faydalı formada istifadə anlayışıdır. Müəllifin dediyinə görə isə daha keyifiyətli həyat üçün bəzi qanunlardır.
Daha sonra araşdırmaq üçün mövzular:
Texno filozof, texno fəlsəfə
Asılılığın elmi və növləri: davranış asılılığı, mental asılılıq, qida asılığı və s.
Diqqət müqaviməti hərəkatı (Attention Resistance)
Freedom tətbiqi (extension)
FOMO
Kitabda tövsiyyə olunan digər kitablar:
Social: Why Our Brains Are Wired to Connect — Matthew D. Lieberman
Solitude: In Pursuit of a Singular Life in a Crowded World — Michael Harris
Solitude: A Return to the Self — Anthony Storr
Irresistible: The Rise of Addictive Technology and the Business of Keeping Us Hooked — Adam Alter
A Room of One’s Own — Virginia Woolf
Lead Yourself First: Inspiring Leadership Through Solitude — Michael S. Erwin and Raymond M. Kethledge
Əlavə oxu üçün:
Telegram kanalına və qrupunu qoşulmaq üçün link: https://t.me/virtual_agac