Dostoyevski — dövrünün yazıçısı (birinci kitab)
Bu yazıda sizinlə Jozef Frank tərəfindən yazılan “Dostoyevski — çağının yazıçısı” adlı kitabın birinci hissəsindən götürdüyüm qeydləri…
Bu yazıda sizinlə Jozef Frank tərəfindən yazılan “Dostoyevski — dövrünün yazıçısı” adlı kitabın birinci hissəsindən götürdüyüm qeydləri bölüşürəm. Bu kitab əslində 5 cildlik kitabların biraz yığcamlaşdırılıb, bir kitab halına gətirilmiş formasıdır. Birinci kitab yazıçının uşaqlığından Sibir sürgününə qədər olan həyatını, həyatına təsir edən insanlar və hadisələr haqqında detallı məlumat verir.
Tarixə nəzər salsaq 19-cu əsrdə avropadan çoxdlu filosof, düşüncə adamı,çıxdığını görürük, lakin Rusiydan isə demək olar ki, ancaq romançılar, şairlər çıxıb. Bunun əsas səbəblərindən biri senzura idi. Rusiyada məktəb və universitetlərdə fəlsəfə Çar tərəfindən qadağan edilmişdi. Bu cür senzuraarın nəticəsi olaraq düşüncə adamları romanlarda, üstü örtülü formada öz düşüncələrini çatdırırdılar və ya senzura olmayan insan psixologiyası və cəmiyyətlə bağlı mövzulara toxunurdular.
Dostoyevski öz əsərlərində insanın daxili dünyasını, psixologiyasını o qədər aydın və detallı təhlil edir ki, onun əsərlərini oxuyan bütün psixoloqlar ona heyranlığını etiraf edir. S. Freyd də onlardan biri idi. Dostoyevskinin romanlarındakı cinayətkarlardan və ya digər qəhramanlardan bir parçanın yazıçının özünə də aid olduğunu düşünürdü.
Dostoyevski romanlarında həm din, həm fəlsəfə həm də psixologiya mövzularını hər tərəfli təhlil edib və çox sadə bir üslubla bunu hekayələşdirib.
Yazıçı və yazdıqlarını ayrı-ayrı götürmək biraz çətin məsələdir. Xüsusilə Dostoyevskinin yazdıqlarını daha yaxşı başa düşmək üçün həmin dövrdə yazıçının yaşadığı təcrübləri, intellektual mühitdə müzakirə olunan mövzuları, siyasi məsələləri bilmək bizə kömək edəcək.
Kitabı çox sevdim, J. Frank Dostoyevskinin öz üslubundan istifadə edərək onun həyatını bizə danışır. Dostoyevski ilə uzaqdan bir əlaqəsi olan adamların da həyatını bizə lazmi formada çatdırır.
Uşaqlığı və ailəsi
Mərhəmətli olmağı, şəfqəti anasından, sərtliyi, nizam-intizamı isə atasından öyrənmişdi.Atasının xəstəliyi var idi, hava pis olanda başı ağrıyar, əsəbi olardı, kefsiz olardı. Fyodor sonralar öz xəstəliyini atasından aldığına inanırdı. Uşaqlara qarşı sərt olsa da Mariya ilə olan məktublarından görünür ki, həm də çox emosional bir adam olub. Atasının zadəgan olmaq xəyalı var idi, yaxşı bir həkim olduğu üçün ona zadəganlıq adı verilmişdi. (Zadəgan olduğunu təsdiq edən sənəd var idi).
Ailə dindar idi və Fyodor uşaqlığından dini mənimsəyib, din əxlaqı ilə böyüyüb. Uşaqlığı kənddə keçib, çoxlu çətinliklər görüb. Atası uşaqlara din dərsi ilə yanaşı dünyəvi elmləri öyrədən müəllim də tutmuşdu. Uşaqlarının zadəgan olmağını, cəmiyyətdə yüksək təbəqəyə aid olmağını istəyirdi.
Atasına qarşı həmişə kin duyan Fyodor, atasının ölümündə çox vicdan əzabı çəkir.Öz daxilində gizlin formada atasının ölməyini arzuladığı üçün onun öldüyünü düşünürdü.
Hələ uşaq ikən Kantın fikirləri ilə tanış olur və ondan iki şey öyrənir:
Əxlaq, vicdan insan təbiətinin silinməz bir parçasıdır, yaxşılıq və psilik insanda doğulandan bəri var.
Əxlqi bir mənaya sahib olan dünya üçün ölümsüzlük labüddür. (Ölümdən sonrakı sonsuzluq da deyə bilərik)
O dövrdə Avropaya meyil etmək, övladlarına fransız, alman dili və mədəniyyəti öyrətmək bir növ intellektual təbəqə arasında dəb idi. Buna görə də zadəgan ailəsində böyüyən uşaqlar rus mədəniyətindən çox avropa mədəniyəti ilə tanış olurdular.
Tolstoy, Qonçarov və Turgenyev zadəgan ailədə böyümüş, avropda və ya avropalı müəllimlərdən təhsil almışdı.Turgenyev rus dilində yazıb oxumağı atasının torpaq nökərindən öyrənmişdi, alman və fransız dili üçün isə xüsusi müəllimlər tutulmuşdu. Tolstoy öz alman müəliminin nəzarətində olarkən Puşkinin tabını təsadüfən görür və oxuyur.
Digər rus yazıçıları ilə müqayisədə Dostoyevski rus xaqlını, kasıb təbəqəni daha yaxşı tanıyırdı, özü də kasıb bir ailədə böyüdüyü üçün aşağı təbəqəli insanları nələr çəkdiyini görmüşdü. Atasının yanında xəstəxanada vaxt keçirərəkən bir çox insan tanımışdı. Dostoyevskinin kasıb olması onun rus cəmiyyətinin bir parçası edir və ordan ayrılmaz bir parçaya çevrilir. Aşağı təbəqədə doğulub, böyüyüb, atasının da səyləri ilə yuxarı təbəqəyə yamaq kimi görünən Fyodor ortada bir yerdə azıb sanki. Nə yuxarıdı nə də aşağı.
Hərbi mühəndislik məktəbi
İlk dəfə Peterburqa bu məktəbdə oxumaq üçün göndərilir. Yolda olarkən Fyodorun heç vaxt unutmayacağı bir hadisə baş verir. Bir hərbiçin arabaçını hamının gözü qabağında döyüb heçnə olmamış kimi yoluna davam etməsi ona pis təsir edir. Sonralar Dostoyevski deyir ki, o kəndlinin evə qayıdıb bunun acığını öz arvadını döyərək çıxarıdığını təsəvvür edib, bu ürəkbulndırıcı hadisəni heç vaxt unuda bilmir.
Məktəbdə oxuyarakən çox pul xərcləyir, varlı dostlarına uyğunlaşmağa çalışır. Tez-tez atasından pul istəyir. Məktəbdə digər uşaqların yanında kasıb kimi görünməmək üçün çox pul xərcləyir, atasından tez-tez pul istəyirdi. Özünü digərlərinin yanında alçalmış kimi hiss etmək istəmirdi. Hətta atasının imkanının yaxşı olmadığını bilsə də buna davam edirdi. Foyodor hələ 15 yaşında olanda anasını itirmişdi, bu itki atasını daha əsəbi, hər kəsə qarşı daha sərt bir adama çevimişdi. Dostoyevski birinci il imtahanardan kəsilir və növbəti sinifə keçə bilmir. İçkiyə daha çox meyil edən ata Fyodorun imtahanları keçə bilmədiyi xəbərindən sonra iflic olur. Atasının ölümündə yavaş-yavaş özünü günahlandırmağa başlayır(bunu Freyd deyib). Bir müddət sonra da atası müəmmalı formada ölür və ya öldürülür. Kİtabda bu haqda çox detallı yazsa da kəndlilər tərəfindən öldürüldüyü sübut olunmayıb.
Atasının ölümündən sonra qardaşına yazdığı məktubda bundan sonra “həyatın və insanın mənasını araşdırmağı” həyatının məqsədi kimi gördüyünü deyir. Heç vaxt atasına qarşı çıxa bilməyən Fyodor atasının ölümündən sonra hərbidən ayrılmaq haqqında düşünməyə başlayır.
İnsan bir tapmacadır, bu tapmacanın həll olmasını istəyirəm. Əgər həyatını buna həsr etmisənsə, həyatının boşa getdiyini heçvaxt düşünmə
Məktəb vaxtı Dostoyevski:
Çox tez əsəbləşər, anidən özündən çıxardı.
Dəri rəngi solğun idi, bədənində dəmir çatışmazlığı var idi.
Gecələr yatanda qulağına xorultu səsi gəlirmiş, kiminsə onun yanında yatırmış kimi. Yata bilmədiyi gecələr durub kitab oxuyarmış, bu yuxusuzluq əsəbiliyə də yol açırdı.
Dostoyevskinin diri-diri torpağa basdırılmaq qorxusu var idi, insanlara tapşırmışdı ki, əgər bir gün ölsə, basdırmazdan əvvəl bir neçə gün gözləsinlər.
Hələ məktəbdə olarkən qumar oynayırmış.
Yoxsul insanlar
Ordudan ayrıldıqdan sonra ilk romanı olan Yoxsul insanları yazrı. Roman yayımlanandan sonra o dövrün ən məşhur tənqidçisi sayılan Belinski tərəfindən çox bəyənir və Belinksi Dostoyevskinin ən böyük dəstəkçisi olur. Tənqidçilərin razılığını almaq bir yazıçı üçün vacib idi, əgər heç bir tənqidçinin bəyənmədiyi bir kitab yazsan, nəşriyyatlar bunu çap etməyəcək və ya oxucular səni oxumayacaqdı.
Belinski Dostoyevskini ilk rus ictimai roman yazçısı adlandırır. Belinskinin bu romanı sevməyinin əsas səbəblərindən biri də kitabda sosializmin izlərini görməsi idi. Belinski yenilikçi, ateist və sosialist idi. Sosoializmi rus xalqı üçün qızıl dövr kimi təsəvvür edirdi.
Roman anidən hamı tərəfinən sevilir və hər yerdə Dostoyevskidən danışmağa başlanılır.
Roman haqqında qısa qeydlər
Məmur Devuşkin ilə Gənc qız Varvara arasında olan məktublaşma formasındadır.
Devuşkin bir tərəfdən kasıblıqla mübarizə aparır, digər tərəfdən Varvaraya duyduğu sevginin onda yaratdığı sorğulamanın yaratdığı ideoloji bir mübarizə də var.
Baş qaldırmanın ilk izləri, qəhramanımız devuşkin sorğulamağa başlayır, niyə insanların bəzisi varlı doğulur bəzisi isə kasıb?
Romanda Devuşkinin dəyişimini görürük. Əvvəl başına gələ hər şeyi sakit formada qəbul edirdisə, yavaş-yavaş öz kasıblığını, cəmiyyətdə olan ədalətsizlikləri sorğulamğa başlayır, içkiyə başlayır.
Etdiyi bir səhvə görə rəisi Devuşkini otağına çağırıb danlayarkən, o üzr istəməyə çalışır. Bu anda Devuşkinin pencəyinin sonuncu düyməi qopub yerə düşür. Rəisin devuşkinə yazığı gəlir və ona biraz pul verib yola salır. Belinksi deyir ki, əsərin ən önəmli hissəsi bu idi.
Məşhur Dostoyevski və onun eqosu
Hamı tərəfindən təriflənən, alqışlanan Dosotyevskinin eqosu baş qaldırır, özünü bəyənmişlik edir. Bu cür davranışlardan sonra ətrafındakı ədəbiyatçılar ondan uzaqlaşmağa, onu tənqid etməyə başlayır. Bu özündənrazılıq, elit ədəbiyatçıların eqolarına toxunur və hamı Dostoyevskiyə qarşı çıxmağa başlayır. Onu tənqid etməyə, məsxərəyə qoymağa başlayırlar. Bunların başında isə Turgenyev var idi, o kəndli birinin özünü dahi, çox böyük zənn etməsi haqqında qısa bir heykayə uydurur və hamı bu hekayəyə çoxlu gülür. Onsuz da tez əsəbləşən, anidən coşub-daşan Dostoyevski bu cür tənqid və əzalardan sonra yersiz özgüvənlə, aslana çevrilir, özünü olduğundan qat-qat üstun görür. Hamını özünə düşmən olmaqla, onu qısqandıqları üçün bu cür etdiklərini düşünür.
Bundan sonra yazdığı iki əsər çoxlu tənqid olunur və Dostoyevskini ümidsizliyə salır. Ən böyük dəstəkçisi olan belinski də onu romantik olmaqla günahlandırır, qoqolu yamsıladığını deyirlər və s.
Onu göylərə qaldıran Belinski daha sonra sərt tənqidlərlə onu yerə çırpır.
Bir yazarın gündəliyində Belinsikinin onun idelojik müəllimi olduğunu, sibirə gedən yola onun saldığını deyir
Tanrı və isaya inanan Dostoyevskini sosialist bir ateistə çevirən Belinski idi.
Sibir sürgünündə isə Tanrını və isanı yenidən kəşf etdi, ateizmin insanı uçurma aparadığını gördü.
Turgenyev öz işlərinə davam edərək Dostoyevski haqqında “Qəmgin üzlü cəngavər” adlı bir şeir yazır. Dostoyevskinin başına gələn bir hadisəni şişirədərək, əlavələr edərək lağ edir və Dostoyevskini rus ədəbiyatındakı bir səpgi(sızanaq) olaraq görür (Nekrasovun da bu şeirdə əməyi var). Onsuzda insanlarla ünsiyətdə çətinlik çəkən Dostoyevski Belinski v’ onun qrupundan uzaqlaşır, yalnızlaşır.
Petraşevski, Speşnev və həbs
Belinski çevrəsindən ayrılan və tək qalan Dostoyevski o dönəmlərin başqa məşhur qruplaşması olan Petraşevski qrupunun təşkil etdiyi görüşlərə qatılır, ədəbiyyat haqqında çıxışlar edir, müzakirələrə qoşulur. Petraşevski qrupunda həm də siyasi mövzular, köləliyin yığışdırlması, sosializm kimi müzakirələr də gedirdi. Dostoyevski bu görüşlərdə Speşnev ilə tanış. Speşnev isə həll yolunu dağıtmaqda, inqlabda görür, şiddətə meyil edir və bu yöndə təbliğat aparır. Bu qruplara sızan gizli polis bir çox adam haqqında dəlil toplayır və 1848də polis bütün iştirakçıları həbs edib sorğulamağa başlayır. Beləcə Dostoyevskinin həyatında yeni bir dönəm başlayır: Məhkumluq, edam, sürgün…
Ardı olacaq…
Telegramda izlə: https://t.me/virtual_agac