Ev
Ev dediyimiz yer haradı? doğulduğumuz, böyüdüyümüz, həyatı, insanları tanıdığımız yer? Bəs bütün bunların hamısını ayrı-ayrılıqda hərəsini…
Ev dediyimiz yer haradı? doğulduğumuz, böyüdüyümüz, həyatı, insanları tanıdığımız yer? Bəs bütün bunların hamısını ayrı-ayrılıqda hərəsini başqa yerlərdə yaşamışıqsa? Onda deməli adamın bir evi yox çoxlu evi ola bilər? Çoxlu kainatlar nəzəriyəsi vardısa çoxlu evlər nəzəriyyəsi niyə olmasın?
Məncə Ev dediyimiz şey bizim içimizdədir, sevdiklərimiz, xoş xatirələrimiz, kədərli anlarımız, bizə aid olan hər şey, aid olduğumuz hər şey bizim içimizdədir, hara gediriksə özümüzlə aparırıq. Ona görə də heç vaxt özümü evdən uzaqda hiss etmirəm, çünki həmişə evimdəyəm, həmişə sevdiyim hamı yanımdadı. Bunu yenicə başa düşmüşəm, son 10 ildə 10 dan çox fərqli evdə yaşamışam və heç birində tam olaraq evdə imiş kimi hiss etməmişəm, elə bilirdim hansısa fiziki evə aid olmaq hissimi itirmişəm, özümü evsiz kimi hiss edirdim. Sən demə elə adam evsizləşəndə başa düşür ki, Ev anlayışı daş bir binadan ibarət deyil. Doğulandan bəri hamımız daxilimizdə öz evimizi tikirik, zaman keçdikcə o evi həm tikməyə davam edirik həm də xatirələrimizi, sevdiklərimizi hətta sevmədiklərimizi də o evə qonaq edirik. İllər keçir yeni insanlar tanıyrıq, bəzilərini unuduruq bəzilərini isə unudacağıq. Evimiz bəziləri üçün müvəqqəti sığınacaq, yol üstü girib baş çəkdikləri yerdir. Bir də elə adamlar var ki, onlar evimizin daimi üzvləridir, ya da onlar olmasa evimizin mənası qalmayacaq. Onlar ən yaxınlarımız, ən sevdiyimiz insanlardır. Evimizin ən yaxşı otağını, ürəyimizi, onlara açmışıq, onları heç kim ordan çıxara bilməz. Evimizin ilk qonaqları ailə üzvlərimiz, ən yaxınlarımız, evimizi onlarla birlikdə tikməyə başlamışıq, davam edirik.
Qısacası mən öz eviməm…
Telegram kanalıma qoşulun: https://t.me/+HzqU0lJcdgBjN2Qy