İncəsənət haqqında qaralamalar
Mağaralara çəkdiyimiz rəsmlər bizim ilkin ünsiyyət vasitələrimizdən idi. Həm digər insanlarla həm də gələcək nəsillərə ötürülən bir…
Mağaralara çəkdiyimiz rəsmlər bizim ilkin ünsiyyət vasitələrimizdən idi. Həm digər insanlarla həm də gələcək nəsillərə ötürülən bir məlumat. Mən incəsənətin özünü ifadə forması olduğunu düşünürəm. Hətta təkcə özünü yox, sənin kimi hiss edən bütün insanların ifadəsi. Hərdən adam elə hisslər keçirir ki, bunu heç bir sözlə ifadə etmək olmur. Sözlə ifadə etsən belə qarşı tərəf sənin kimi hiss etmir. Mən bu hissi bir musiqi dinləyəndə və ya bir rəsmə baxanda yaşayıram. Bu zaman qəribə formada bunu ortaya qoyan sənətçinin mənim hiss etdiklərimə oxşar hiss etdiyini düşünürəm. Bu tərəfdən baxanda incəsənət hisslərin ötürülməsi üçün vasitədir deyə bilərik.
Divardakı banan sənət əsəridir? Mən axı o banana baxanda ac deyiləmsə heçnə hiss etmirəm,biraz özümü yorub sənətçinin nə hiss etdiyini, demək istədiyini başa düşməyə çalışıram yenə heçnə yoxdur. Məncə bu sənət əsəri deyil, yüngül dildə desəm zibildir. Burdan sual yaranır: sən axı səbətkar deyilsən, bu əsəri necə asanlıqla yıxıb sürüyə bilirsən? Bu sualın cavabı məhz incəsənətin özündə gizlənir.
İncəsənət yaradıcılıq (creativity) deməkdir, yaradıcılıq isə bütün düsturların, sərhədlərin yıxılması deməkdir. Yəni incəsənətin ortaq bir izahı yoxdur, hər kəs fərqli bir tərif verir, hər sənətkar başqa cür qəbul edir. Sənət əsərinin həqiqətən sənət əsəri olduğuna kim qərar verir? Onu izləyən, dinləyən, baxan, yəni mən.
Müzakirələrdə ehtiyatlı olub, bir fikir dedikdən sonra axırına əlavə etdiyimiz “mənim fikrimcə” ifadəsi öz həqiqi yerini incəsənətdə tapır. Çünki incəsənətdə ortaq bir məxrəc yoxdur.
Məsələn: ixtira etdiyin bir cihazı, məhsulu rəsmiləşdirmək üçün patent alırsan, bəzi standarları keçirsən. Sənət əsərində bunların heç biri yoxdur. İzləyici olaraq nəyi istəyirəm bəyənirəm ona da əsər deyirəm. Yəni incəsənət özü böyük bir “mənə görə”-dir(bu yazıda razılaşmadığınız nə cümlə görsəz fərz edin ki, mötərizədə mənə görə yazmışam). Mənim zibil dediyimi başqa biri şah əsər adlandıra bilər və ikimiz də haqlı ola bilərik.
Biz qara camaat niyə müasir sənət əsərlərini başa düşmürük?
Çünki müasir sənət əsərlərinin izaha ehtiyacı var. Müasir sənətçilər özünü ifadəni bir kənara qoyub, əsərlərinə çoxlu qarışıq mənalar yükləməyə çalışırlar. Divara yapışdırılmış bananın izahını baş düşmək üçün 20 dəqiqəlik videoya baxmalıyam. Halbuki sənət əsərinin aradakı şəxslərə ehtiyacı olmalalıdır. Sənətçi və onun izləyici arasındakı bir vasitə olan əsərin özünün başqa vasitəçilərə ehtiyacı olur.
Müasir incəsənət artıq bir ticarətdir. Xəbərlərdə eşitdiyimiz milyon dollarlara satılan əsərlər həqiqətən nəyisə ifadə etmir. Əslində satılan şey sənət yox ona həddindən artıq yüklənmiş mənadır, mesajdır.
Sənətin altında bir fikir yatır yoxsa bir duyğu?
Bir şeyi əsər və ya zibil adlandırmadan öncə özümüzdə bu suala cavab tapmalıyıq.Mənim üçün duyğu(hiss) daha vacibdir. Məncə fikirləri söz ilə də ifadə etmək mümkündür və ya fikirlər sözlərdən ibarətdir. Duyğular isə əksinədir.
Burda sadəcə hisslərin ifadəsinə fokuslansam da sənət fərqli formalarda vasitə kimi rol oynayır:
Siyasi vasitə (propaqanda) olaraq: Uzun-uzun izah etməli olduğun siyası bir mesajı sadə bir karikatura ilə çatdıra bilərsən
Qarşıdurma vasitəsi olaraq: Divara no war simvolları çəkənlər kimi.
Status göstəricisi kimi: Zadəganların, sərkərdələrin və ya kralların öz portrelərini, xoşladığı şeyləri pul verib çəkdirməsi.
Fəlsəfi axının ifadəsi: Existentialism, Surrealism, Impressionism
Pul yuma vasitəsi və ya investisiya kimi: İlleqal pulları sadə əsərlərə yüksək qiymətlər qoyulub satılaraq leqallaşdıra bilərlər, və ya çox pulun var, pulunu saxlamağa yer tapmadığın üçün əsərlər alıb yığırsan. Vaxtı gələndə də daha baha qiymətə sata bilərsən.
Avelina Lesper müsahibəsindən qeydlər
Müasir muzey və art qalreyaları mafiya adlandırır.
Heç bir təhsil olmadan sənətçi olanların, adlandırılanların özləri he sənət nədir bilmirlər.
Bacarqlı sənətçilər kənarda qalır, çünki pulları yoxdur və ya mafiyada tanışları yoxdur.
Yaratmaq bir ehtiyacdır, yaratmaq zaman alır,
“la esmeralda” sənət akademiyasında biabırçı imtahanlarla sənətçi adı alanları yıxıb sürüyür.
Çağdaş “sənətkarlar” avtoritar rejim qururlar. Bəyənmirsənsə başa düşmədiyin üçündür deyib tənqidləri görməzdən gəlirlər. Beləcə sorğulamayan bir kütlə yaranır, tənqid etməyən kütlə isə conformistdir və manipulyasiya açıqdır.
İncəsənətdə estetik təcrübə sona sona çatıb.
Marketing(reklam) dünyası incəsənətə hakimdir.
Telegramda izləmək üçün: https://t.me/virtual_agac
Müsahibənin videosu (Türkcə altyazısı var)