İvan İliçin ölümü
Kitabdan qeydlər və düşüncələrim, sınaq məqsədi ilə yazıram bəlkə sonra səliqəyə saldım.
Kitabdan qeydlər və düşüncələrim, sınaq məqsədi ilə yazıram bəlkə sonra səliqəyə saldım.
İvanın sadə bir həyatı, işi və ailəsi var idi. Bu həyatı qaydasına görə yaşamışdı, hamı necə o da elə… Bütün bunlara baxmayaraq ani ölüm gəlib onun yaxasından yapışmışdı. Bu anda öz həyatını sorğulamağa başlayıb və nəyisə üzgün etmədiyini başa düşmüşdü. Ölümünə səbəb olduğunu düşündüyü əşyalara baxarkən ağlından keçənlər belə idi, dəyərdimi, bütün həyatımı bu əşyalara həsr etmək necə də mənasız və dəhşətlidir. Bəlkə də müəyyən aralıqla oturub öz həyatımızı sorğulamalıyıq. Etdiklərimizi, qazandıqlarımızı, qazanmaq istədiklərimizi, xəyallarımızı sorğulamalıyıq. Mən necə bir insan olmaq istəyirəm? sualı haqqında düşünməliyik. Hər kəsin həyat yolu təkrarolunmazdır, öz həyatınızı başqalarını yoluna uyğunlaşdırmağa çalışdığınız zaman nəsə düz gəlmir.
Ölümdən qorxmalıyıq, dost olmalıyıq yoxsa onu görməzdən gəlməliyik? Görəsən elə bir düstur varmı ki, tətbiq edək və mükəmməl həyat yaşayaq? Mənim təklifim: ölüm qorxusundan istifadə edib geriyə qalan qısa ömrümüzü daha ehtiyatlı yaşamaq. Ehtiyatlı deyərəkən resurslarımızı düzgün bölüşdürməyi nəzərdə tuturam. İki əsas resursumuz var, vaxt və sağlamlıq. Bu iki resursu necə istifadə edirik, verdiyimiz vaxtın və sağlamlığımızın qarşılığında nə alırıq, buna dəyərmi?
Sadə bir həyat yaşamaq peşmanlıqla nəticələnir?
İvan sadə həyat yaşadığı üçün peşman deyildi, gənc ikən qurduğu xəyalları buraxıb şablon həyat yaşadığı üçün peşman idi. Hər kəs qeyri adi həyat yaşamaq istəməyə bilər, sıradan bir insan olmaq,sıradan bir həyat yaşamaq pis bir şey deyil, hətta daha yaxşı bir həyatdır. Sadəcə olaraq sıradan həyatımızı özmüz seçməliyik, şüurlu, fərqində olaraq. Dəyər veryimiz şeylər uğruna yaşamaq ən gözəl həyatdır. Biri üçün əmək, qurmaq, yaratmaq, insanlara xidmət etmək dəyərli bir şeydirsə o insan həyatını çalışaraq keçirəcək və peşman olmayacaq.
Gənc olarkən xəyal qurub daha sonra…
İvan qurduğu xəyalları bir kənara atıb hamı kimi yaşamağa başlamışdı, amma hər zaman içində hardasa o gənc ivan üçün intizar var idi, o xəyallar həmişə ürəyində qalmışdı sanki… amma heç vaxt gec deyil, həmişə xəyal qurub ardınca getmək olar, ivanın yanında olsaydım ona ürək-dirək verərdim :)
İvanın iş yeri məhkəmə — xəstəxana — mühakimə
Niyə məhz yazıçı qəhramanımızı başqa bir sahədə yox məhkəmədə təsvir edib? Tam başa düşməsəm də, həyatımızı başqalarının mühakiməsinə görə yaşadığımıza vurğu edir. Sanki biz öləndən sonra bir məhkəmə qurulacaq və qaydasına uyduğumuz insanlar bizim haqqımızda hökm oxuyacaq. Bu yerdə Kafkanın məhkəmə əsəri də yadıma düşür, orda da yazıçı həyatı bir məhkəməyə bənzədirdi…
Həyatımızı nəyə xərcləyirik?
Bu sual və verəcəyim cavab haqqında düşünməliyəm…
Ölüm anı və qeyri adi nəsə olmamağı
İnsan həmişə gözləyir ki, həyatında fərqli, xüsusi bir an olacaq və hər şey dəyişəcək. Hansısa xüsusi bir hadisə… amma heçnə olmayanda həyat eşqimiz zəif bir şam kimi sönür və sıxıcı formada yaşamağa alışırıq. Halbuki, nəyisə dəyişmək öz əlimizdədir. İvan elə hey son anlarında xüsusi bir işarə,ölümdən sonra olacaqlar haqqında nəsə bir şey gözləyirdi (ya da mənə elə gəldi), amma heçnə olmadı. Sadə yaşadığı kimi sadə formada da öldü…