Qəribə whatsapp statusları…
Hamımız fərqliyik, bunu həqiqətən başa düşməyim çox vaxt aldı. Eyni şeyə baxsaq da fərqli görürük, eyni musiqini dinləsək də fərqli…
Hamımız fərqliyik, bunu həqiqətən başa düşməyim çox vaxt aldı. Eyni şeyə baxsaq da fərqli görürük, eyni musiqini dinləsək də fərqli eşidirik, eyni dadı hamımız fərqli cür təcrübə edirik. Ən əsası, hamımız fərqli hiss edirik. Eyni bir hadisə, şəkil, video, aforizm bizə tamam başqa şeylər hiss elətdirə bilər. məsələn: hansısa gülməli bir atalar sözü bizə çox mənasız gələrkən başqa biri üçün çox mənalı hətta xatirə dolu hissləri oyadan br işarə də ola bilər. Qısacası müasir dildə desək, statuslara hörmət etməyi bacarmalıyıq, bizimlə eyni cür düşünməyən, hiss etməyən insanları insafsız formada mühakimədən qaçmalıyam.
Hiss etdiklərimiz və ifadə edə bildiklərimiz…
İnternetdən oxuduğuma görə 50 000 il əvvəl bir-birimizlə danışmağa başlamışıq, amma insan genləri milyon ildən əvvəl də var olduğumuzu göstərir. Tarixə baxanda görürük ki, danışmağı təzə öyrənmişik, var olmağımızla müqayisədə. Hisslərimiz isə ən başından bəri bizimlə idi, hansısa yırtıcıdan qaçıb gizlənəndə, qaranlıq gecələrdə şiddətlə çaxan ildırmla qorxu hissini, gecələr boyunca ac qalarkən ümidsizliyi və s. hiss etmişik. Düzdü indiki qədər zəngin olmasa da (bundan əmin deyiləm) hiss etdiklərimiz çox keçmişdən bəri bizimlədir. Əlli min il əvvəl danışmağa başlamaq hələ mürrəkkəb cümlələr qurmaq demək deyil, qısa səslər, və sadə cümlələrlə həyatda qalmağa çalışmışıq yəqin ki. Həyatda qalmğa çalışmaq, əsas nöqtə bəlkə də budur. Dil (ifadə tərzimiz) bizə bəs edirdi ki, sağ qalaq. Deməli özümüzü ifadə etmək bizi həyatda saxlayır, bu əvvəl də belə idi, indi də belədir. İnternet dövründə insan getdikcə yalnızlaşır, öz qapalı dünyasında həbs olur, ifadə etmək indi bizə daha çox lazımdır. Həyatda qalmalıyıq, özümüzü ifadə etməliyik, insanlara nə hiss etdiyimizi, nə düşündüyümüzü çatdıra bilməyəndə cəmiyyətin parçası ola bilmərik və bu mənəvi formada ölüm demək ola bilər.
İndi bizim çox fərqli və zəngin ifadə üsullarımız var, şairlər şeir yazaraq özlərini (hisslərini) ifadə etməyə çalışır, rəssamlar rəsm çəkərək, bəstakarlar öz bəstələri ilə və s. Bunlar daha fərqli yaradıcı bacarıqları olan nümunələrdir, bəs mən, heç bir qeyri adi bacarığı olmayan, sadə bir insan olaraq özümü necə ifadə edim?
Çaş baş qalmışam? onda bir gif ilə bunu sizə çatdıra bilərəm, ya da əsəbi olduğumu,hətta o qədər əsəbi olduğumu ki, kimisə hər an söyə biləcəyimi uzun-uzun yazmaq əvəzinə balaca bir işarə ilə🤬 göstərə bilərəm. Bu mənim işimi rahatladır və həqiqətən yazıdan daha yaxşı ifadə edə bilir(yerinə görə).
Amma bir məqam var ki, mən həmişə bu qədər sadə hiss etmirəm axı, bəzən hansısa musiqini dinləyərkən dərində, çox dərində bir şey hiss edirəm, hansı ki, mənə çox qəribə,fərqli duyğular yaşadır, bu tamamilə mənə məxsus, heç vaxt hiss etmədiyim fərqli bir hissdir, bunu necə ifadə edim? Sizə mənasız görünən hansısa bir oyuncaq mənim uşaqlığımla bağlı elə bir nostalgiya yaşada bilər ki, kitab yazsam ifadə edə bilmərəm. Hər şey inkişaf edir, fərqli duyğular, təcrübələr yaşayırıq və hiss etdiklərimiz günü-gündən mürəkkəbləşir, ifadə təzimiz isə hiss etdiklərimizə nisbətən çox geridən gəlir. Qısacası izah edə bilmirəm, hiss etdiklərimi izah edə bilmirəm, öz daxili dünyama həbs olmuşam, hiss etdiklərim və mən…
Şair demişkən…
Ağlasam sesimi duyar mısınız,
Mısralarımda;
Dokunabilir misiniz,
Gözyaşlarıma, ellerinizle?
Bilmezdim şarkıların bu kadar güzel,
Kelimelerinse kifayetsiz olduğunu
Bu derde düşmeden önce
İndi qayıdaq Tiktok və vatsap statuslarına. Özümü ifadə etməkdə bu qədər çətinlik çəkən biri olaraq, başqalarının özünü ifadə formasına güləndə başa düşdüm ki, nəyisə səhv edirəm. Mənə gülməli görünən hansısa tiktok videosu, başqalarına mənalı,kədərli gələ bilər və bunu paylaşaraq öz hisslərini başqaları ilə bölüşmək istəyə bilərlər. Hətta özümə belə dünən yaxşı hiss elətdirən bir şey bugün çox mənasız görünə bilərkən, niyə başqalarına qarşı bu qəddar davranıram?
Bu yazını yazaraq nəyi ifadə etməyə çalışıram? Böyük ehtimal ki, daxildə hiss etdiklərimi, düşündüklərimi burda heç yaxşı formada ifadə edə bilmədim, siz bunu oxuyarkən mənim kimi, yox özünüz kimi hiss edib düşünəcəksiniz. Mənə elə gəlir ki, heç vaxt hisslərimizi qarşı tərəfə tam ötürə bilməyəcəyik, Oğuz atayın da dediyi kimi çünki sözlər kifayət etmir…
–Fakat, Allah kahretsin, insan anlatmak istiyor albayım; böyle budalaca bir özleme kapılıyor… Kelimeler… Kelimeler albayım, bazı anlamlara gelmiyor.
Bir ümid…
Ümidsizliyə qapılmadan öncə demək istəyirəm ki, texnologiya bizə kömək edir, ifadə tərzmizi zənginləşdirir. Hətta gələcəkdə elə bir aparat ixtira oluna bilər ki, qarşılıqlı iki nəfərin bütün emosiyalarını qaşı tərəfə ötürə bilər. Fərz edin ki, musiqi dinləmək üçün istifadə etdiyimiz qulaqlıq kimi bir şey taxırıq və qarşı tərəfin hiss elədiklərini öz bədənimizdə tam hiss edirik, bəlkə də onda empatiya hissinin nə demək olduğunu bildik və insnaları daha yaxşı başa düşdük…