Tələsik yazılmış qeydlər, sonra səliqəyə salmaq olar.
Xəyal qurmaq çox asandır, çətin olan şey o xəyala çata bilməməyin verdiyi kədərlə, xəyal qırıqlığı ilə yaşaya bilməkdir.
Hər şeyin sürətli baş verdiyi, hər anımı nə iləsə doldurduğum zamanlarda, hər şeyi saxlayıb, uzun və sakit tempdə davam edən bir filmə sona qədər baxa bilmək bacarığı. Sevimli Kafkam deyirdi ki, qəşəng bir kitab içimizdəki donmuş dənizə vurulan balta kimi olmalıdır, bizi sarsmalıdır. Bugün yaşasaydı filmlər haqqında da buna oxşar bir söz deyərdi yəqin. Uzaq filmi də məndə eyni təsiri yaratdı. Filmdən sonra oturub uzun-uzun hiss etdiklərimi aydınlaşdırmağa çalışdım və başa düşdüm ki, çata bilmədiyim hər xəyalda, heç vaxt çata bilməyəcəyim xəyallar quranda özümü Mahmut kimi hiss etmişəm. Bunun əlacı yoxdur xəyal qurmaqdan vaz keçə bilmərəm, sadəcə çata bilmədiyim xəyalların kədəri ilə barışmalıyam. İnsana ən çox təsir edən şey isə, əlçatan görünən, özünə layiq bildiyin, gerçəkləşə biləcək olan asan şeylərin nə qədər istəsən də, çalışsan da alınmamasıdır, bax bununla barışmaq çox çətin olur.
Bir birinə uzaq görünən iki eyni insanın hekayəsi.
Yusuf gəncdir, kənddən şəhərə, xəyallarının arxası ilə gəlir. Xəyalları isə, gəmidə iş tapıb dünyanı gəzib dollar ilə maaş almaqdır. Dünyadan çox da xəbəri olmayan amma xəyalına çatmaq üçün nə iş olsa görməyə hazır. Xüsusi heç bir istedadı olmadığı üçün, imkanları çox azdır. Dürüst, saf və çalışqan bir xarakter. Digər tərəfdən təkdi və şəhərdə gördüyü cütlüklərə həsədlə baxıb, bir gün öz sevəcəyi qızı tapacağı arzusundadır.
Mahmut isə şəhərdə tənha yaşayan, film çəkmək arzusunda olub amma sonradan vaz keçən bir fotoqraf. Yusuf gənc, Mahmut isə artıq çox şey yaşamış, çox insan itirmiş biridir. Yusuf kimi gənc olanda onun da xəyalları var imiş, amma artıq onun üçün çox gecdir, hansısa reklam agentliyi üçün fotolar çəkib həyatını yşayır.
Xəyallar, arzular bizə həmişə çox uzaq görünür və ya həmişə çətin əldə olunan şeylərin xəyalını qururuq. Həmişə uzaqda hardasa daha xoşbəxt ola biləcəyimizi düşünürük. Daxilimizdəki ideal insan da bizə uzaq görünür.
Filmdə dialoqların az olmasına baxmayaraq ikili arasında baş verənlər bizə çox şey deyir. Qəhramanlarımız elə hey uzaqlara baxır. İkisi də bir növ uğursuzluqla, xəyallarına çata bilməməyin verdiyi əzabla yaşamağa çalışırlar.
Digər detallaı baxa biləcəyimiz mövzular:
Siçan üçün qurduğu tələyə özünün düşməsi
Oğruluq ittihamı
Mahmutun ayrıldığı qadını hələ də unuda bilməməsi
Şəhər və kənd insanı arasındakı oxşarlıq və fərqliliklər