Ömür boyu maaşlı işdə çalışmaq istəmirsənsə, saatlıq işdən əlavə gəlir qazanmağı da öyrənməlisən. Lotereyanı udmaqla başına ildırım düşməsi ehtimalı demək olar ki, eyni qədərdir. Sağsansa deməli lotereyadan da ümidini kəs. Edə biləcəyin ən ağıllı işlərdən biri - saatlıq işləyərək qazandığın puldan gəlir qazanmağı öyrənməkdir. Puldan pul qazanmağı öyrənmək lazımdır. Varlı adamların vaxt keçdikcə daha da varlanmasının altında yatan sirr budur. Ağıllı olan zəngin adamlar qazandığı pulu özləri üşün işlədirlər(yatırım).
FIRE (Financial Independence, Retire Early)- Maliyyə azadlığı, erkən təqaüdə çıxma. Birinci yazıda pul ilə olan münasibətimiz və pul yığmaq haqqında danışmışdım. İndi isə yığdığımız pulu daha effektli necə işlətmək olar ondan danışacağıq. Bir Azərbaycanlı olaraq hamımızın bildiyi ən məşhur yatırım ev almaqdır. Makler deyilsinizsə və ya o qədər çox pulumuz yoxdursa bu seçim bizə uyğun deyil. Üstəlik ev passiv gəlir mənbəyidir. Nümunə: 100 000 pul verib ev alırsan, daha sonra kiraya verib aylıq 500 manat pul qazanırsan. Əlindəki pula görə qazancın çox aşağıdır (cəmi 0.5 faiz gəlir).
Yatırım üçün bu qədər çox pula ehtiyacımız yoxdur, 100 manat ilə də yatırıma başlaya bilərik. Bu mövzudakı ən maraqlı şey mürəkkəb faizdir. Fərz edək ki, 100 manat pulu yastığınızın altında saxlayırsız. 5 il də keçsə, 10 il də keçsə o pul 100 manat olaraq qalacaq. Yastıq əvəzinə bu pulu banka 3% ilə depozit qoysanız 10 il sonra bu pul 131 manat olacaq. Aradakı fərq 30 manatdır.
İnfilyasiyanı da nəzərə almaq lazımdır, siz indi o 100 manat ilə bir qol saatı alırsınızsa həmin saatı 10 il sonra eyni qiymətə ala bilməyəcəksiniz. Statistikaya görə illik 3 faiz infilyasiya olur (ortalama). Yəni siz 10 il sonra həmin saatı təxminən 130 manata ala biləcəksiniz. Əslində siz pulunuzu depozitlə banka qoyaraq onun dəyərinin düşməsinin qarşısını aldınız. Bu ən sadə formada pulunuzun dəyərinin itməsinin qarşısın almaqdır.
Daha gəlirli başqa bir yatırım növü isə səhm alqı-satqısıdır. Kənardan baxanda gözümə həmişə qorxulu, riskli görünürdü. Biraz detallarını öyrənəndə gördüm ki, əslində o qədər də çətin deyil. Üstəlik bir çox adam yatırımı qumar kimi düşünür. Öyrəndikcə görürsən ki, əslində biraz ağlını işlədərək, çox az risk edərək gələcək üçün yaxşı yatırım etmək olar. Burda xatırlatmalıyam ki, yatırım da risk həmişə var amma bu risk bizim gündəlik həyatımız da var. Nümunə: çoxlu pul verib maşın alırıqsa maşının qəza nəticəsinə dəyərinin aşağı düşmə riski həmişə var. İlərlə yığdığın pula aldığın evin bir yanğınla heç olması riski də var. Deyə bilərik ki, evin, maşının sığortası olur ona görə rahatıq. Yatırımın da sığortası olur :).
Mövzu özümə də çox yeni olduğu üçün hələ başa düşmə, öyrənmə mərhələsindəyəm. Birinci addım olaraq yatırım dünyasında olan terminləri başa düşək. Səhmlər, birjalar necə işləyir onu öyrənək. İkinci addımda artıq praktiki olaraq bəzi proqramlar, birjalar, səhm alqı-satqısı yoxlayıb öz təcrübə və öyrəndiklərimi bölüşməyi planlayıram.

Səhm(stock): Fərz edək ki, sizin şirkətiniz var və böyümək üçün pula ehtiyacınız var. Və qərar verirsiniz ki, şirkətin bir hissəsini investorlara satıb qarşılığında aldığınız pulu şirkəti böyütmək üçün istifadə edəsiniz. Bu və buna bənzər bir neçə səbəbdən səhm anlayışı ortaya çıxır. Bir məsələ var ki, şirkəti konkret olaraq necəsə hissələrə bölüb başqa adamlara satmaq olmur, bunun əvəzinə səhm deyilən kağız (elektron), mücəərəd bir hissə çıxarırlar. Məsələn: Şirkəti 1000 səhmdən ibarət hissəyə bölürlər, əgər şirkətin dəyəri 1000 manatdırsa hər bir səhmin qiyməti 1 manat olaraq təyin olunur. Bunun bir neçə faydası var, daha kiçik hissələrə bölündüyü üçün kiçik investorlar da sizin səhmlərinizi ala bilər.
İndi isə investor tərəfdən düşünək, 1 manatlıq səhm alan investor şirkətin 0.1 faizinə sahib olmuş olur. Üzərindən bir il keçir və şirkətin dəyər qlxıb olur 2000 manat. Deməli artıq bir səhmin qiyməti 1 manatda iki manata qalxdı. İndi siz aldığınız o səhmi başqasına 2 manata sataraq əlavə 1 manat qazanmış olursuz.
İndeks(index): İndekslər qarışıq səhmlərin bir araya toplanılaraq yaradılmış bir anlayışdır. Nümunə üzərindən gedək.
Fərz edək ki, 100 manatlıq S&P 500 indeksi alırsınız. Bu indeks öz daxilində 500 ən böyük şirkətin səhmlərini daşıyır. Qoyduğunuz 100 manat indeks daxilindəki səhmlərə müəyyən faizlərlərlə bölünür.
Divident: Bəzi şirkətlər səhm satarkən əlavə olaraq belə bir şərt qoyur ki, il sonunda şirkətin qazandığı pulun 5 faizini investorlara paylayacaq. Siz aldığınız səhmdən əlavə hər il şirkətin qazancından pul əldə etmiş olursuz.
Yatırım fondu (mutual fund)
Fərz edək ki, pulumuz var və yatırım etmək istəyirik, amma hansıs şirkətin gələcəkdə dəyərinin artacağını və ya zalacağını bilmirik. Bunu bilmək üçün iqtisadi, siyasi gündəmi izləməli, düzgün təhlil etmək lazımdır. Bunları etmək isə vaxt və enerji tələb edir, üstəlik təcrübəsiz olduğumuz üçün yəqin ki, pulumuzu da uduzacağıq. Yatırım fondu bu yerdə köməyimizə çatır. Bir qrup investor olaraq pulumuzu bir yerə qoyuruq və mütəxəssilər bizim əvəzimizə bizim pulumuzla səhmlər alıb, satır bizə pul qazandırırlar. Qarşılığında isə qoyduğumuz pulun bir hissəsini özlərinə götürürlər.
Telegramda izlə: https://t.me/virtual_agac
ETF: Yatırım fonduna oxşardır, fərqli səhmlərdən ibarət qarışıq bir fonddur. Yatırım fondundan əsas fərqi odur ki, investor özü birjada etf alıb sata bilir. Ytırım fondunda isə investor fondun özündən alıb-sata bilir. Detallı fərqləri var, məsələn etf gün ərzində alına və ya satıla bilər, yatırım fondu isə günün sonundakı qiymətə görə satış həyata keçirilir.
Borc kağızı (bond): Bu adi faizlə borc verməyin daha sənədləşmiş, tərtib olunmuş versiyasıdır. Nümunə: 1000 manat verib borc sənədi alırsan (qarşı tərəfə, şirkətə borc verirsən). Qarışılığnda isə illik 5% pul alırsan. Bu daha çox sabit gəlir mənbəyidir, hazırda əlində olan puldan sabit aylıq, illik pul qazanırsan.
Opsiyalar (options): Əgər bazarı yaxşı bilirsənsə və ya hansısa məhsulun qiymətinin yaxın gələcəkdə qalxacağını düşünürsənsə, amma pulunun hamısını ora qoyub risk etmək də istəmirsənsə opsiyalar köməyə çatır.
Nümunə: fərz edək ki, iphone qiyməti 1000 manatdır, və düşünürsən ki, bir ay sonra bu qiymət qalxacaq. Opsiya satan tərəfə deyirsən ki, mən sənə 50 manat ödəyib bir aylıq opsiya alıram. Bu o deməkdir ki, mən bir ay ərzində səndən iphone-u sabit olaraq 1000 manatdan ala bilərəm. Opsiyanı alırsan və bir həftə sonra iphone-un qiyməi qalxıb olur 1200 manat. Gedirsən opsiya satan şirkətə 1000 manat verib iphone-u alırsan, daha sonra isə bazara çıxarıb 1200 manatdan satırsan. Beləcə telefona 1000 manat, opsiyaya 50 manat ödədin, qazancın isə 1200–1050 = 150. 150 manat qazanmış oldun. Burdakı risk ordadır ki, gələcəkdə telefonun qiyməti qalxmaq əvəzinə aşağı düşərsə sən o satın aldığın 50 manatlıq opsiya mənasız olur və o 50 manatı itirmiş olursan.
Likvidlik (liquidity): Aldığınız səhmlərin asanlıqla alınıb,satılma xüsusiyyətidir. Nümunə: çox tanınmayan bir şirkətin səhmini alırıq və anidən 2 dəfə qiyməti qalxır. İstəyirik tez satıb qazancımızı artıraq, əgər likvidlik aşağıdırsa (yəni alıb satanı azdırsa) həmin səhmi satıb pula çevirmək asan olmayacaq. Hətta biz alıcı tapana qədər səhmin qiyməti də aşağı düşə bilər. Buna görə də səhm alarkən likvidliyi yüksək olanları almaq daha məntiqli görünür.
Future(bizim dildə nədir bilmirəm): Riski minimuma endirmək üçün gələcəkdə hazır olacaq bir məhsulun qiymətindi indidən razılaşdırmaq.
Nümunə: Tutaq ki, bir nəfər təsərrüfat sahibi indi buğda əkir və 4 ay sonra o buğda satışa hazır olacaq. İndi bazarda buğdanın qiyməti 5 manatdır, 4 ay sonra qiymət necə olacaq bəlli deyil. Alıcı ilə indidən bir müqavilə bağlayır ki, 4 ay sonra sənə 1000kq buğdanı 5 manatdan satacağam. Bu adlanır Future. Ola bilər 4 ay sonra buğda iki dəfə bahalaşmış və ya ucuzlaşmış olsun, hər iki halda təsərüfat sahibi 5 mantdan satış etməyə məcburdur.
Birja: Sadə dildə desək bazardır. Bütün səhmlərin ortaq bir yerdə alınıb, satıldığı, qiymətinin artıb, azaldığı yerin adı birja adlanır. Bəzi məşhur birjalar: NASDAQ, NYSE
Broker: Səhmi satan ilə alan arasındakı şəxs, sistem. Mən əlimdəki 100 manat ilə gedib birbaşa Apple səhmini şirkətin özündən almıram. Brokerin sistemində özümə bir hesab açıram, daha sonra broker vasitəsilə alış-satış işini həyata keçirirəm.
Portfolio: yatırım etdiyin səhm,borc kağızı, opsiya və s. ümumulikdə sənin prtfolyon adlanır.
Səhm simvolu: hər bir şirkət səhminin fərqləndirici, təkrarolunmaz bir simvolu olur.Məsələn:
APPL — Apple şirkətinin,
MSFT — Microsoft
AMZ — Amazon
Long pozisiya: İnvestor uzun müddətdə qiymətinin artacağını düşündüyü şirkətin səhmini alır və günlər, aylar, illər sonra həmin səhmin qiyməti qalxanda sataraq gəlir əldə edir.
Short pozisiya: İnvestor hansısa səhmin qiymətinin yaxın zamanlarda düşəcəyini düşünür və brokerdən borca səhm götürür. Götürüdüyü səhmləri bazarda satıb pula çevirir. Bir müddət sonra səhmin qiyməti həqiqətən də aşağı düşəndə satdığı səhmləri daha ucuz qiymətə geri alıb brokerə verir. Aradkı qiymət fərqindən gələn qazanc isə investora qalır.
Forex: Valyuta alqı-satqısı olan bazardır. Nümunə: əlinizdə 1000 manat var və dolların bahalaşacağını düşünürsüz. Dollar manata qarşı 1.7 olanda bu pulu dollara çevirirsiniz. Bir müddət sonra dollar 1.9 olanda əlinizdəki dolları manata çevirirsiz və bu satışdan əldə etdiyiniz pul(manat) sizin qazacnınız olur.
Dəyər investoru (value investor): bu zaman hansısa şirkəti təhlil edən investor düşünür ki, əslində bu şirkətin dəyəri daha yuxarı olmalıdır, bazardakı qiyməti indi aşağıdır. Aşağı olan qiymətdən səhmi alır və şirkət bazarda öz həqiqi dəyərinə çatanda bu səhmi sataraq gəlir əldə edir.
İnkişaf investoru(growth investor): Şirkəti təhlil edən investor düşünür ki, bu şirkət inkişaf edəcək, yeni məhsullar buraxaraq böyüyəcək. Böyüyən şirkətin səhmləri də qalxacaq. Ona görə də indi səhmlər alır və inkişaf etməyini gözləyir.
İstifadə etdiyim bəzi resurslar:
https://lecturedatabase.files.wordpress.com/2018/08/investing-101.pdf
https://yis.org/wp-content/uploads/2016/10/Stock-Investing-101-eBook.pdf
https://www.youtube.com/playlist?list=PLZWWWDw0PiH4IOxaSfCbCRu41kFKNEJcL
https://youtube.com/playlist?list=PLFbu-5h4XOqNq2e7cRwu2Po613SZ23D8a&si=vQ9YUuAE6_Y9Nhxe